Türkiyənin BRİKS-ə marağı iqtisadi mülahizələrə malikdir, eyni zamanda siyasi motivlər də güclüdür.
Teleqraf.com xəbər verir ki, bunu türkiyəli iqtisadçı Bartu Soral deyib.
“Beynəlxalq sistemdə Qərbin dominantlığının azalması BRİKS-i istehsal və ixracatda lider mövqeyə çıxarır. Eyni zamanda, hesab edirəm ki, Türkiyə hökumətinin BRİKS-ə marağı Qərbə qarşı "kozır" qazanmaq cəhdidir və burada siyasi motivlər var. Qlobal güc bölgüsünə nəzər saldıqda aydın olur ki, 2000-ci illərin əvvəllərindən bəri böyük dəyişikliklər baş verib. G7 ölkələri əvvəllər üstünlük təşkil edirdilər. Hazırda Aİ və Yaponiya güclərini itiriblər. Əksinə olaraq BRİKS ölkələri dünya ixracında və istehsalında liderdir. Çin mükəmməl təhsil sistemi sayəsində əhəmiyyətli istehsal və texnoloji güc əldə edib. Rusiya müdafiə sənayesində güclüdür. Braziliya ərzaq ixracında dünyada 2-ci yerdədir. BRİKS iqtisadi birlikdir və ona bu ruhda yanaşmaq lazımdır", - Soral bildirib.