Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Sazişin ratifikasiyası” haqqında Qazaxıstan Respublikasının Qanununu imzalayıb.
Teleqraf.com yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Ofisi məlumat yayıb.
Bundan əvvəl, sentyabrın 13-də Qazaxıstan Senatı TDT ölkələri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi ratifikasiya edib.
Sazişin əsas məqsədi gömrük əməliyyatlarının sürətləndirilməsi, tələb olunan sənədlərin sayının azaldılması və risklərin idarə edilməsi sistemindən istifadə etməklə nəzarət formalarının minimuma endirilməsidir.
Sənəd iştirakçı dövlətlər arasında malların və nəqliyyat vasitələrinin gömrük nəzarətinin sürətləndirilməsinə yönəlib ki, bu da beynəlxalq ticarətin inkişafına müsbət təsir göstərəcək.