24 Sentyabr 15:21
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ilə müharibənin Rusiya daxilinə sirayət etməsindən sonra rus mediası valı dəyişib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.

“Ukrayna ilə müharibənin Rusiya daxilinə sirayət etməsindən sonra ölkə mediası valı dəyişib. Cəmi 5-10 dron hücumundan sonra bu müharibənin əsas təbliğatçılarından biri kimi çıxış edən Vladimir Solovyov “Rossiya 1”-in efirində Prezident Putini istefaya göndərməyi təklif edir.

Dünənə kimi rəhbərə xoş gəlmək üçün özü və dəstəsi efirlərdən hamını satqın elan edirdi”, - ekspert bildirib.

Teleaparıcı bu təklifi “Vladimir Solovyovla axşam” verilişinin növbəti buraxılışı zamanı verib. Solovyov cəbhədəki problemlərin həllinin mümkün vasitələrindən biri kimi Rusiya Prezidenti Vladimir Putinin Ali Baş Komandan vəzifəsindən istefasını irəli sürüb.

“Günahkarı həbs etmək kifayət deyil. Bunu necə səmərəli, tez və aydın şəkildə həyata keçirəcəyini anlayanları da təyin etmək lazımdır. Həm də onların hansı nazirlikdə olmasının, necə adlandırılacağının fərqi yoxdur. Pişiyin hansı rəngdə olmasının əhəmiyyəti yoxdur, yetər ki, siçan tutsun. Gəlin konkret həllərə keçək. Bu, Ali Baş Komandanın istefasını tələb edirsə, yaxşı. Anlayıram ki, belə qərarlar vermək mənim səlahiyyətimə aid deyil, amma yenə də əsrlərin təcrübəsinə əsaslanaraq, lazım olan üsullardan istifadə edərək məsələləri həll edək”, - Solovyov vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər