Livanda azı 50 uşaq və 94 qadın da daxil olmaqla 558 nəfərin İsrailin zərbələrinin qurbanı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, İsrail Müdafiə Qüvvələrinin (IDF) sentyabrın 23-dən başlayan kütləvi hücumlardan sonra 1,8 mindən çox insan yaralanıb.
Qeyd olunur ki, Livan Hizbullahı buna cavab olaraq İsrail hava bazalarına raket hücumu təşkil edib və pilotsuz təyyarələrdən istifadə edərək dəniz bazasına hücum edib.