Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya digər ölkələrdən Ukraynanın atom elektrik stansiyalarının peyk şəkillərini alır və onlar haqqında məlumat toplayır. Ukrayna lideri BMT-yə Rusiyanın Ukrayna atom elektrik stansiyalarına hücumu təqdirdə, nüvə təhlükəsi barədə xəbərdarlıq edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Vladimir Zelenski sentyabrın 25-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edərkən bildirib.
Ukrayna Prezidenti BMT-də Ukrayna kəşfiyyatının yeni hesabatına istinadən Rusiyanın Ukrayna atom elektrik stansiyalarına zərbələr hazırladığını bildirib.
Vladimir Zelenski bunun Avropada yeni bir nüvə fəlakətinə səbəb ola biləcəyini vurğulayıb.