İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Tomer Bar İrandan “Hizbullah” terror təşkilatına silah daşınmasını dayandıracaqlarını və quru əməliyyatına hazır olduqlarını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, general “Hizbullah” lideri Həsən Nəsrullahın gücünün İranın silah dəstəyindən asılı olduğunu vurğulayıb.
Tomer Bar İsrailin Livanda quru əməliyyatı ehtimalı üçün hazırlıq gördüyünü və bu qərarın yüksək səviyyədə veriləcəyini bildirib.
“İrandan “Hizbullah”a silah daşınmasını dayandıracağıq”, - general əlavə edib.
Bar İsrail Hərbi Hava Qüvvələrinin quru əməliyyatlarına dəstək verməyə hazır olduğunu da bəyan edib.