Rusiya ordusu cəbhənin mühüm sahələrində irəliləyir. Müharibə böyük şəhərlərə yaxınlaşır.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun 3-cü Hücum Briqadasının komandirinin müavini Maksim Jorin deyib.
“Deyəsən, hamı rus qoşunlarının Şərq cəbhəsində irəliləməsi ilə bağlı xəbərlərə öyrəşib. Artıq Pokrovsk və digər şəhərlərə çatıblar. O cümlədən yüz minlərlə insanın yaşadığı böyük şəhərlərə”, - Jorin bildirib.
Onun sözlərinə görə, hazırda müharibənin dinamikası çox yüksəkdir, ruslar durmadan tempi artırırlar, əvəzində Ukrayna bölmələri tükənib.
“Ukrayna cəmiyyəti oyanmalıdır. Heç kimi qorxutmaq istəmirəm, amma biz hazırda yaxşı vəziyyətdə deyilik. Bütün bunları aradan qaldırmaq üçün gözləmək və xəyal etmək yox, hərəkət etmək lazımdır. Çox vacib olan, kiminsə bizim üçün verəcəyi ani qələbə və sülh haqda nağıllara inanmağı dayandırmaqdır”, - Jorin vurğulayıb.