30 Sentyabr 10:52
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin HƏMAS lideri Yəhya Sinvarı məhv etmək fürsəti olub, amma bu qruplaşmanın əsirliyində olan girovlara zərər vermək qorxusu səbəbiylə bunu etməmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.

“İsrail Sinvara sui-qəsd etmək üçün unikal fürsət yaradan xəbər alıb, amma belə bir əməliyyatın çox riskli olduğuna qərar verilib. Çünki girovlar terror qruplaşmasının lideri ilə eyni ərazidə saxlanılır”, - məlumatda deyilir.

İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra HƏMAS-ın lideri postuna keçən Sinvarın Qəzzadakı tunellərdən birində gizləndiyi iddia edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər