30 Sentyabr 13:14
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici düşmən qüvvələr və müxalifət Gürcüstanı xəritədən silməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın hakim partiyasının qurucusu Bidzina İvanişvili deyib.

“Bu gün hər kəs açıq şəkildə görür ki, bu radikal qüvvə, onun ətrafında cəmləşmiş siyasi qeyri-hökumət və media qurumları xarici maraqları güdür. Eyni zamanda Gürcüstanı müharibə əzabına sürükləməyə çalışır. Səhv etməyə haqqımız yoxdur. Gürcüstanla düşmənçilik edən qüvvələr yerli agentlərin köməyi ilə ölkəni xəritədən silmək niyyətindədirlər. Bu halda, 2008-ci il münaqişəsi yavaş-yavaş görünəcək”, - İvanişvili bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər