17:46
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Olaf Şolz iki ildən sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu barədə DIE ZEIT hökumət dairələrindəki mənbələrə istinadla məlumat yayıb.

Şolzun ​​noyabrda Braziliyada keçiriləcək G20 toplantısından əvvəl Putinlə telefon danışığını nəzərdən keçirdiyi bildirilir. Ancaq danışıq tələbi hələlik gəlməyib.

Nəşrin yazır ki, Almaniya kansleri Ukraynanın ən mühüm müttəfiqləri arasında Rusiya lideri ilə birbaşa əlaqəni bərpa edən ilk hökumət başçısı olacaq.

Şolzla Putin arasında sonuncu telefon danışığı 2022-ci ilin dekabrında olub. ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson da sonuncu dəfə 2022-ci ildə Putinlə birbaşa danışıb.

2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Qərb liderləri Putinlə əlaqələri minimuma endirmişdilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər