22:00
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin paytaxtı Təl-Əviv şəhərinin cənubunda yerləşən ərəb rayonunda baş verən atışmada ölənlərin sayı 8 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Hazırda yaralı sayı 7 nəfərdir.

20:50

Tel-Əvivdə naməlum şəxslərin tramvay dayanacağı yaxınlığında insanlara atəş açdığı bildirilir. Son məlumatlara görə, 4 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

İsrail mediasının məlumatına görə, hücumda azı iki silahlı şəxs iştirak edib.

20:36

İsrailin paytaxtı Tel-Əvivdə atışma baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir.

İsrail polisi baş verən atışmanın terror aktı olduğunu ehtimal edir.


Müəllif: Arzu

Oxşar xəbərlər