2 Oktyabr 01:59
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvada müdafiəni maliyyələşdirmək üçün xüsusi fond yaradılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Laurinas Kasciunas danışıb.

Hərbi idarə rəisinin sözlərinə görə, artıq vətəndaşlar və müəssisələr müdafiəyə vəsait ayıra bilərlər. Pul müxtəlif növ hərbi hissələrin yaradılmasına və ya müxtəlif silah növlərinin alınmasına sərf olunacaq.

Litvada oktyabrın 1-dən fondun fəaliyyətə başlaması haqqında qanun qüvvəyə minib. Fondun fəaliyyəti yaxın bir neçə ildə müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3 faizinə, yəni təxminən 2,2 milyon avroya (təxminən 4 milyon manatdan çox) çatdırmağa imkan verəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər