10:08
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin nüvə silahından çəkindirmə ilə bağlı verdiyi açıqlamalar onu göstərir ki, Vladimir Putin Qərb qarşısındakı üstünlüklərindən lazımi yerdə və uyğun anda istifadə edir.

Teleqraf.com xəbər verir ki, türkiyəli politoloq Yiğit Saner deyib.

"Rusiya lideri Qərbin təxribatlarına cavab olaraq çox sakit və müdrik siyasət yürüdür. Putinin addımları son dərəcə rasionaldır. Həmçinin o, gələcəkdə də bu addımlara sadiq qalacaq. Bu, Putinin öz "kozır"larından lazımi yer və vaxtda istifadə etməsi deməkdir. Putin tələsməyəcək, çünki vəziyyət onun xeyrinə dəyişir", - ekspert bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər