İsrail, İran və İraq üzərindən uçuşlara müvəqqəti məhdudiyyətlər noyabrın 3-dək qüvvədə qalacaq.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
“Federal Hava Nəqliyyatı Agentliyi tərəfindən dünən verilmiş qərar noyabrın 3-ü Moskva vaxtı ilə saat 02:59-a qədər qüvvədə qalır. İsrail, İran və İraqın hava məkanında uçuşlar üzrə tövsiyələrdə dəyişiklik olarsa, agentlik bu barədə məlumat verəcək”, - Federal Hava Nəqliyyatı Agentliyi bildirib.