Aparıcı-aktrisa Ülviyyə Xəlilbəyli ARB TV ilə yollarını ayırıb.
Teleqraf.com xəbər verir ki, kanalda "O üz" verilişini aparan Ülviyyə sosial şəbəkədəki hesabında bildirib:
"Mənim üçün doğma olan ARB kanalı ilə yollarımızı ayırdıq. İşlədiyim müddət ərzində çoxlu dostlar qazandım. Hər kəsə uğurlar, sizi sevirəm".
Xatırladaq ki, aparıcı bir gün öncə ona pislik edən insanlarla bağlı paylaşım etmişdi.