7 Oktyabr 16:31
1 727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hakim “Gürcü Arzusu” Partiyası Prezident Salome Zurabişvilinin hökumətlə razılaşdırılmayan xarici səfərlərinə görə impiçment prosesini bərpa edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

“Konstitusiyamız gürcü xalqının iradəsinin əks olunduğu əsas qanundur. Buna görə də onun qəsdən, açıq şəkildə pozulması cavabsız qala bilməz. Buna əsaslanaraq, parlament çoxluğu (prezidentin) impiçment prosedurunu bərpa etmək və parlament seçkilərinə qədər Konstitusiya Məhkəməsinə təqdim olunacaq yeni konstitusiya təklifi hazırlamaq qərarına gəlib”, - spiker bildirib.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan prezidentinin hökumətlə razılaşdırmadan Avropa ölkələrinə səfər etdiyi açıqlançışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər