Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya hakimiyyətinin miqrasiya ilə bağlı tədbirlərindən məyus olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Kadırov öz "Telegram" kanalında məlumat verib.
Kadırov qeyd edib ki, miqrasiya siyasətinin dəyişdirilməsi ilə bağlı tədbirləri diqqətlə izləyir, amma bir sıra hallar onu məyus edir: "Hiss olunur ki, kimsə məqsədli şəkildə Rusiyanı qonşu qardaş regionlara qarşı qoyur. Əllərinə keçən hər kəsi - bütün gəlmələri saxlayırlar, özü də son vaxtlar bunu çox sərt şəkildə edirlər. Müzakirə olunan problem başqa ölkə vətəndaşlarının kütləvi şəkildə qovulması ilə həll edilə bilməz".
Çeçenistan rəhbəri bildirib ki, bu kimi addımlar cəmiyyətdə miqrantlara qarşı nifrət yaradır və vəziyyəti daha da pisləşdirir.