9 Oktyabr 21:16
4 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın güzəştləri ilə bağlı söhbətlər Rusiyanın bu müharibədə Qərbdən salamat qurtula biləcəyinə inamını gücləndirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” yazır.

“Konkret güzəştlərdən bəhs edilməsə də, Ukraynanın Rusiya qoşunlarını işğal olunmuş ərazilərdən çıxara bilməyəcəyini etiraf etmək müqabilində potensial olaraq güclü təhlükəsizlik zəmanətləri alacağı barədə danışılır”, - nəşr vurğulayır.

Məqalədə bildirilir ki, qeyd olunan təhlükəsizlik zəmanətləri hətta NATO-ya üzvlüyü nəzərdə tutur, amma burada Ukraynaya Almaniyanın Şərq və Qərb olmaqla iki yerə bölünməsi misal olaraq göstərilir.

Həmçinin “Blumberq” iddia edir ki, Rusiya lideri Vladimir Putinin ümumiyyətlə danışıqlarda maraqlı olduğuna dair heç bir əlamət yoxdur.

Məqalədə xatırladılır ki, Rusiya hələ də qonşu Gürcüstan və Ukrayna ərazilərini işğal altında saxlayır və Ukraynada müharibəni davam etdirir, bunun müqabilində isə ABŞ və Avropadan yumşaq reaksiyalar alır.

“Ukraynanın müttəfiqləri üçün əsas sual Putinə hərbi təcavüzdən faydalanmağa imkan verib-verməyəcəkləri və gələcəkdə bunun nəyin bahasına olacağı ilə bağlıdır”, - nəşr əlavə edir.

Kreml sahibinin əsas tələblərinə Ukrayna qüvvələrinin ilhaq edilmiş Luqansk, Donetsk, Zaporoje və Xerson vilayətlərindən tamamilə çıxarılması və bu bölgələrin, eləcə də Krımın Rusiya ərazisi kimi tanınması ilə bağlıdır. Bundan əlavə, Putin Ukraynanın NATO-ya qoşulmaması və nüvəsiz statusunun təsdiqini, habelə ölkənin demilitarizasiya və denasifikasiyasını tələb edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər