10 Oktyabr 09:54
2 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Krasnodar vilayətinin Oktyabrski rayonu yaxınlığındakı silah anbarına hücum nəticəsində 400 “Şahid” tipli PUA (İran istehsalı) məhv edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

2022-ci ildə İrandan ilk dronların alınmasından sonra Rusiya Ukrayna ərazisinə 8 mindən çox PUA buraxıb. Beləliklə, Ukrayna Silahlı Qüvvələri Rusiyanın müharibə zamanı istifadə etdiyi bütün “Şahid”lərin 5 faizini bir zərbə ilə məhv edə bilib.

“Buna baxmayaraq, Moskva Tehrandan daha çox dron ala bilər. Həmçinin bu tip PUA-lar Tatarıstandakı fabrikdə istehsal olunur. Kreml 6000-ə qədər “Şahid”i yığmaq məqsədilə lisenziya almaq üçün 1.7 milyard dollar ödəyib”, - məqalədə deyilir.

“Forbes” hesab edir ki, Krasnodardakı anbarın vurulması Rusiyanın bu kimi hədəflərinə qarşı belə kampaniyaların başlanğıcıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər