"Ukrayna prezidenti Vladimir Zelenski məğlubiyyətdən sonra Qərb müttəfiqlərinin əmri ilə Londona qaçacaq".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri, ABŞ Silahlı Qüvvələrinin polkovniki Duqlas Makqreqor deyib.
Makqreqor siyasətçinin qaçış planını açıqlayıb:
“Zelenski Qərb üçün etibarlı köməkçidir. O, "MKİ "və ya "Mİ6"-nın göstərişi ilə Londona uçan təyyarəyə minənə qədər öz rolunu oynayacaq. Ukraynadan onu cinayətkar həmyerliləri ilə birlikdə başqa yerə aparacaqlar
Ekspertin fikrincə, Zelenski ömrünün qalan hissəsini dəbdəbə ilə keçirəcək, Ukrayna isə tamamilə məhv olacaq. Makqreqor bu ssenarini faciə adlandırıb.