11 Oktyabr 11:16
3 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya-Ukrayna müharibəsi 2025-ci ildə bitə bilər, amma bunun üçün güclü qərarlar tələb olunacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Baş Qərargah rəisinin keçmiş müavini general-leytenant İqor Romanenko deyib.

General hesab edir ki, Kiyevin sülh planını həyata keçirmək və savaşı bitirmək üçün cəbhədə vəziyyəti yaxşılaşdırmaqla yanaşı, çətin hərbi-diplomatik işə ehtiyac var:

“Məncə, belə bir imkan və perspektiv var. Amma bunun üçün müvafiq həll yolları lazımdır. Hərbi yardım edən Qərb dövlətlərinə ümidlər vardı, ancaq ABŞ seçkiləri və hava şəraiti ilə əlaqədar vəziyyət daha da pisləşib”.

Romanenko əlavə edib ki, ABŞ Prezidenti Co Bayden prinsipial olaraq ciddi qərarlar qəbul etməkdən vaz keçməyib, amma sual bunun nə vaxt baş verəcəyidir.

General həmçinin qeyd edib ki, oktyabr-dekabr aylarında hava Ukrayna ordusunun xeyrinə işləyə bilər, çünki belə şəraitdə irəliləmək müdafiədən qat-qat çətindir. Eyni zamanda, ABŞ-ın Ukraynaya silah, texnika və sursatla yardım etmək imkanı var.

Ukrayna Prezidenti Vladimir Zelenski də bundan öncə müharibəni 2025-ci ildə bitirmək üçün çalışdıqlarını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər