Dünyada fundamental qlobal dəyişikliklərin yeni erası başlayıb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Dövlət başçısı vurğulayıb ki, yeni dünya düzəninin formalaşması qaçılmazdır və Rusiya bütün dəyişikliklərə açıqdır.
“Dünya sülhü və hərtərəfli inkişafı yalnız hər bir xalqın rəyi nəzərə alınmaqla, hər bir dövlətin öz suveren kursuna, öz dünyagörüşünə, öz adət-ənənələrinə, dini ideyalarına hörmət hüququna riayət etməklə təmin oluna bilər”, - Putin qeyd edib.
Onun sözlərinə görə, Rusiya inkişaf etməkdə olan çoxqütblü dünyada qarşılıqlı fəaliyyət parametrlərinin mümkün qədər geniş müzakirəsinin tərəfdarıdır. Putin bildirib ki, Moskva dostları və tərəfdaşları ilə, o cümlədən MDB, BRİKS, Avrasiya İqtisadi Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində yeni dünya düzəninin qurulması məsələlərini müzakirə etməyə hazırdır.