11 Oktyabr 23:22
2 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya, Belçika, Danimarka və Norveç 2024 - cü ilin sonuna qədər Ukraynaya 1,4 milyard avro dəyərində hərbi yardım paketi təqdim edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz Vladimir Zelenski ilə birgə mətbuat konfransında məlumat verib.

Yardım paketinə "İris-T", "Skynex", "Gepard" hava hücumundan müdafiə sistemləri, piyadaların döyüş maşınları, tanklar, radarlar, PUA-lar və döyüş sursatları daxildir.

Şolzun sözlərinə görə, Almaniya əsas diqqəti hava hücumundan müdafiə sistemlərinə verəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər