Suriyada Fərat çayının qərb sahilində yerləşən İran dəstəkli silahlı qruplar ABŞ qüvvələrinin dislokasiya edildiyi Koniko qaz obyektinə raket hücumu həyata keçirib.
Teleqraf.com xəbər verir ki, ABŞ bazasının yerləşdiyi ərazidə güclü partlayış səsləri eşidilsə də, hücumda hər hansı itki olub-olmadığı məlum deyil.
ABŞ qüvvələri də İranın dəstəklədiyi qrupların mövcud olduğu Havicet Sakır kəndini artilleriya atəşinə tutub.
Türkiyə mənbələri bu qruplara aid bir hərbi maşının PUA ilə vurulduğunu yazırlar. Hücum nəticəsində 2 nəfərin öldüyü, 3-nün yaralandığı bildirilir.