ABŞ qüvvələri oktyabrın 11-i Suriyada İŞİD-in bəzi düşərgələrinə hava zərbələri endirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda deyilir ki, bu zərbələr İŞİD-in ABŞ-a, onun müttəfiqlərinə, tərəfdaşlarına, eləcə də bütün regionda və onun hüdudlarından kənarda olan mülki şəxslərə qarşı hücumlar planlaşdırması, həyata keçirməsinin qarşısını alacaq.
Hazırda döyüş zərərinin qiymətləndirilməsi aparılır.