15 Oktyabr 12:27
2 794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Gürcüstan hakimiyyətinin atdığı addımlara görə Tiflislə müdafiə sahəsində dialoqu dondurub və iki ölkənin baş qərargah rəisləri səviyyəsində danışıqları ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord məlumat verib.

“Britaniya tərəfi son 10 ildə ilk dəfə olaraq yüksək səviyyəli müdafiə nazirləri dialoqunu dondurmaq qərarına gəlib. Həmçinin baş qərargahlar arasında danışıqları ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq”, - diplomat vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər