16:34
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun strategiyası Ukraynaya hərbi yardım göstərməkdir. Nə vaxtsa Kiyev Rusiya ilə güc şərtləri ilə danışıqlara başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.

“Ukraynanın müqavimət göstərə biləcəyinə əmin olmaq üçün ona hərbi yardımla dəstək veririk”, - baş katib bildirib.

Onun sözlərinə görə, NATO Rusiya lideri Vladimir Putinin Ukraynada istədiyinə nail olmasına imkan verməyəcək.

“İndiki məqamda görürük ki, ruslar şərq xəttində böyük uğur əldə edə bilmirlər, əksinə, hücumları xeyli baha başa gəlir. Mən Ukraynanın ixtirasına, yaradıcılığına, yeni ideyalar icad etmək qabiliyyətinə hər gün heyran oluram”, - Rute söyləyib.

NATO baş katibi əmindir ki, Putin istədiyinə nail olmayacaq: “Əgər bir gün Zelenski və komandası Rusiya ilə savaşa necə son qoyacağını müzakirə etmək qərarına gəlsə, bunu yalnız güclü mövqedən edəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər