17 Oktyabr 23:34
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden Almaniyaya yola düşüb.

Teleqraf.com xəbər verir ki, oktyabrın 17-si axşam saatlarında eniş edəcək dövlət başçısı növbəti gün görüşlərə başlayacaq. Səfər zamanı o, Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə birlikdə Rusiya-Ukrayna münaqişəsini müzakirə edəcək. Yaxın Şərqdə şiddətlənən münaqişə də sözügedən liderlərin müzakirə mövzularından biri olacaq.

Qeyd edək ki, Baydenin əvvəlcə ötən həftə Almaniyaya 3 günlük səfəri nəzərdə tutulmuşdu. Səfər zamanı “Ramşteyn” bazasında Ukraynaya dəstək verən ölkələrin geniştərkibli görüşü nəzərdə tutulurdu. Lakin ABŞ-da hökm sürən “Milton” qasırğası səbəbindən səfər təxirə salınmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər