Yəhya Sinvarın ötən gün öldürülməsinin ardından HƏMAS-ın xaricdəki lideri Xalid Məşəl hərəkatın rəhbəri vəzifəsinin icrasına başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Livanın LBCI kanalı məlumat yayıb.
Qeyd edilib ki, Məşəl bundan əvvəl 1996-2017-ci illərdə HƏMAS lideri olub. İsmayıl Haniyənin ölümündən sonra onun adı HƏMAS liderliyinə əsas namizədlərdən biri kimi çəkilirdi.