13 Noyabr 12:12
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) yerli istehsal olan yeni uzunmənzilli qanadlı raketin (LRLACM) sınaqlarını həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Sınaq çərşənbə axşamı Odişa sahillərindəki Çandipur raket sınaq poliqonunda mobil buraxılış qurğusu vasitəsilə gerçəkləşib. Məlumatda qeyd olunur ki, müxtəlif sürət və yüksəkliklərdə mürəkkəb manevrlər yerinə yetirən raketin uçuşu radarlar və optik-elektron izləmə sistemləri vasitəsilə müşahidə edilib.

Müdafiə naziri Rajnath Singh vurğulayıb ki, "LRLACM"nin uğurlu sınağı Hindistanın müdafiə qabiliyyətinin inkişafında əsas mərhələdir və gələcək uzun mənzilli qanadlı raket proqramlarınının həyata keçirilməsini asanlaşdıracaq.

"LRLACM" raketi mobil yerüstü qurğulardan və hərbi dəniz qüvvələri gəmilərinin şaquli universal modullarından buraxılmaq üçün nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər