13 Noyabr 13:44
287
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəzzanın 1,95 milyon əhalisinin ən azı 91%-i və ya təxminən 1,76 milyon insan qida çatışmazlığı ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bildirib.

Təşkilat yaydığı açıqlamada qeyd edir ki, 876 min insan kəskin ərzaq çatışmazlığı ilə üzləşib, daha 345 min insan fəlakətli ərzaq qıtlığı şəraitində yaşayır.

Həmçinin təşkilat əlavə edib ki, hərbi əməliyyatlar nəticəsində kənd təsərrüfatı torpaqlarının üçdə ikisi zədələnib, balıqçılıq donanmasının təxminən 70%-i məhv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər