13 Noyabr 16:25
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlon Maskın "Starlink" genişzolaqlı peyk sistemi hələ Hindistanın təhlükəsizlik tələblərinə cavab vermir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Hindistanın rabitə naziri Cyotiraditya Sindia deyib.

""Starlink" hələlik bizim təhlükəsizlik tələblərimizə cavab verməyib və lisenziya yalnız bu tələbləri yerinə yetirdikdən sonra İlon Maskın "SpaceX" şirkətinə veriləcək", - deyə nazir söyləyib.

Hindistanlı nazir əlavə edib ki, "SpaceX" indi "Starlink"in Hindistanda yerləşdirilməsi üçün bu tələbləri və digər şərtləri yerinə yetirmək prosesindədir.

Noyabrın əvvəlində Hindistanın Rabitə Departamenti Mask ilə yerli "Starlink" istifadəçilərinin şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək barədə razılığa gəlib. Maskın Hindistan hakimiyyəti ilə bu məsələdə fikir ayrılığı amerikalı sahibkarın "Starlink" üçün lisenziya almasına əsas maneə olaraq qalır. Peyk genişzolaqlı internet xidmətlərini Hindistan hökumətinin dekabrın 15-dək qiymət və spektrin bölüşdürülməsi qaydalarını müəyyən etməsindən sonra bu ilin sonunda başlaya bilər.

Xatırladaq ki, Hindistan hökuməti üç ildən artıqdır ki, Maskın "Starlink"i ölkədə işə salmaq təklifini nəzərdən keçirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər