13 Noyabr 15:47
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna 2025-ci ilin fevralına qədər orduya əlavə 160 min hərbçi götürməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın hərbi nəşri "Financial Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna üçün ən böyük problem piyada qoşunlarının çatışmazlığıdır. Bununla əlaqədar, Kiyev orduya 2025-ci ilin fevralına qədər əlavə 160 min hərbçi çağırmağı planlaşdırır. Məlumatda qeyd olunur ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bu təlabatın yalnız 85%-ni yerinə yetirə biləcək.

Qəzet Kiyev rəsmisinə istinadla bildirir ki, ölkənin siyasi-hərbi rəhbərliyi bu məqsədə tam nail olacaqlarına o qədər də inanmırlar. Onlar hesab edirlər ki, 100 min nəfərə qədər hərbi xidmətə çağırmaq realdır. Bu, kadr çatışmazlığını yarıya qədər doldura bilər. Qeyd edilir ki, hazırda bəzi bölmələr tələb olunan sayın təxminən üçdə biri ilə təmin olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər