14:57
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suxuminin mərkəzində Abxaziya “parlament”inin binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı atışma səsləri eşidilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı yerli mənbələrə istinadla məlumat yayıb.

Xəsarət alan olmayıb.

***

Abxaziya (Gürcüstanın işğal edilmiş bölgəsi) müxalifəti “parlament binası”nı ələ keçirmək üçün sözügedən obyektə basqın edib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara mane olur və onları geri itələyirlər. Ən azı iki tüstü bombasından istifadə edilib”, - məlumatda deyilir.

Etirazlar qondarma qurumun parlamentində “Çoxfunksiyalı komplekslərin hüquqi statusunun tənzimlənməsi haqqında” qanunun qəbulu ilə bağlı keçirilir. Suxumidəki körpüləri bağlayan etirazçılar “Daxili İşlər Nazirliyi” və “Dövlət Mühafizə Xidməti”nin binasına daxil olmağa çalışırlar.

Separatçı rejimin başçısı Aslan Bjaniya “vətəndaşlar”ı panikaya düşməməyə və etirazlara qoşulmamağa çağırıb.

Bjaniya bildirib ki, Abxaziya ilə Rusiya arasında “investisiya fəaliyyəti haqqında saziş”in olmaması respublika üçün risklər daşıyır: “Abxaziya üçün risk investisiya fəaliyyəti ilə bağlı razılaşma yox, belə bir razılaşmanın olmamasıdır”.

Noyabrın 15-də “respublika parlamenti” Rusiya hüquqi şəxslərinin Abxaziyada “investisiya fəaliyyəti haqqında hökumətlərarası saziş”in ratifikasiyası məsələsinə baxır. Müxalifət buna qarşı çıxır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər