"Bu vacib mövzuda yeddi ölkə və Bakı çağırışını imzalayan digər ölkələr Bakı Mərkəzinin məhz Azərbaycanda yerləşməsini istəyiblər. Bu da sülh sahəsində Azərbaycanın sülhpərvər xarici siyasətini dəstəkləmək və ona etimadın yüksək səviyyədə olmasının bariz nümunəsidir".
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov deyib:
"Yeni yaratdığımız Bakı Mərkəzi analitik mərkəzlərlə əməkdaşlıq edəcək. Burada yeni sahə olduğu üçün analitik və konseptual yanaşmalara ehtiyac var.
Digər tərəfdən beyin mərkəzindən ibarət işçi qrupu bu gün təsis olunacaq. Bu Azərbaycan Beynəlxaq Münasibətlər Təhlilili Mərkəzinin təşəbbüsü ilə yaradılır.
Bu gün Azərbaycanda dörd beynəlxalq təşkilat ilə protokollar imzalandı. Bunlar BMT İnkişaf Proqramının (UNDP), Beynəlxaq Miqrasiya Təşkilatı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri və Yaşıl İlqim Fondudur".