İkinci övladına hamilə olan Cennifer Lourens Los-Ancelesdə “Apple TV+” kanalının yeni “Çörək və güllər” sənədli filminin premyerasında iştirak edib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı aktrisa tədbirə çiyinləri aşağı salınmış qara paltarla gəlib. Paltarın kənarındakı qara lent isə diqqət çəkib.
Cennifer Lourens təkcə uğurlu Hollivud aktrisası deyil, həm də prodüserdir. “Çörək və qızılgüllər” sənədli filmi də onun növbəti layihələrindən biridir.
Film Talibanın Əfqanıstanda hakimiyyətə qayıtmasının qadınlara necə təsir etdiyini və üç qəhrəmanın müstəqillik üçün necə mübarizə aparmasından bəhs edir.
Filmində, həmçinin pakistanlı fəal Malala Yousafzai, prodüser Castin Ciarrocçi və rejissor Sahra Mani çalışıb.