Avropa İttifaqı Rusiyaya hərbi yardım göstərdiyinə görə İrana sanksiyalar tətbiq edib.
Teleqraf.com xəbər verir ki, Aİ sanksiyaları genişləndirərək, Rusiya və Yaxın Şərqdəki qruplaşmalara hərbi təchizat üçün Tehrana qarşı ticarət məhdudiyyətləri qoyub.
Avropa İttifaqı bir nəfər və dörd təşkilatı - ölkənin ən böyük gəmiçilik şirkəti olan İran Gəmiçilik Şirkətlər Qrupu (IRISL) və onun direktorunu “qara siyahı”ya daxil edib.
Qərar Aİ Şurasının Brüsseldə keçirilən iclasında verilib.