Ermənistan Baş naziri Nikol Paşinyan Vatikana səfəri çərçivəsində Papa Fransisklə təkbətək söhbət edib.
Teleqraf.com xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Azərbaycan-Ermənistan sülh prosesi də müzakirə olunub.
Paşinyan papaya sülh prosesindəki son hadisələr haqda məlumat verib və Ermənistan hökumətinin “sülh gündəliyinə sadiqliyi”ni təsdiqləyib. Baş nazir Ermənistanın sülhə töhfə vermək əzmində olduğunu iddia edib.
“Ermənistan sülhə töhfə verməkdə qərarlıdır”, - Paşinyan vurğulayıb.