16:36
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyevin Rusiyaya İran raketlərinin tədarükü ilə bağlı heç bir sübuta malik olmadığını etiraf etməsindən sonra Avropanın Tehrana qarşı düşmənçilik siyasətinə yenidən baxacağını gözləyirik.

Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Ukrayna rəsmilərinin İrandan Rusiyaya raket tədarükü ilə bağlı şayiələrin həqiqətə uyğun olmadığını etiraf etdiyi bir vəziyyətdə avropalıların düşmənçilik kursuna yenidən baxacağını gözləyirik. Bəzi Avropa ölkələrinin yürütdüyü bu kurs heç kimin maraqlarına cavab vermir”, - iranlı diplomat qeyd edib.

Bəqayinin sözlərinə görə, İran hakimiyyəti ölkənin milli maraqlarına xələl gətirən heç bir düşməncəsinə hərəkəti, o cümlədən iqtisadiyyatın müəyyən sektorlarına qarşı sanksiyaların tətbiqini cavabsız qoymayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər