13:27
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Baydenin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya ABŞ silahlardan istifadəyə icazə verməsi, Üçüncü Dünya müharibəsi riski yaradır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya parlamentinin deputatı Mariya Butina deyib.

“Bayden administrasiyası hələ iqtidardadır, görünür, bu müddətdə vəziyyəti maksimuma çatdırmağa çalışır. Mənim böyük ümidim var ki, Donald Tramp bu qərarın öhdəsindən gələcək. Çünki bu, heç kimin marağında olmayan Üçüncü Dünya müharibəsinin başlaması riski yaradır”, - deyə siyasətçi söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər