Azərbaycanla sülh müqaviləsi imzalansa, Ermənistanın baş naziri Nikol Paşinyan dərhal növbədənkənar seçkilərə gedəcək.
Teleqraf.com xəbər verir ki, bu fikirləri erməni politoloq Vigen Akopyan səsləndirib.
“Bu sənəd 10 noyabr kapitulyasiya sənədinin davamı olacaq. Şərtlər Ermənistan üçün yaxşı deyil.
Belə bir sülh müqavilə olan kimi, Paşinyan resurs və mövqelərini daha da gücləndirib, növbədənkənar seçkilərə getməyə çalışacaq. Çünki onun fikrincə, müxalifət daha zəif və təşkilatsızdır.
İndi belə bir sənəd yoxdur və seçkilərə getmək üçün Paşinyanın əlində ciddi arqumentlər olmalıdır”, - erməni ekspert belə qeyd edib.
Akopyan Ermənistan hökumətindəki kütləvi istefaları da mümkün seçkilərlə əlaqələndirib.