Rusiyada həbs olunan Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko azadlığa buraxılıb, bazar ertəsi günü isə inzibati hüquq pozuntusu ilə əlaqədar məhkəmə keçiriləcək.
Teleqraf.com-un xəbərinə görə, Qonçarenko "Ukrainskaya pravda"ya açıqlamasında belə deyib.
Qonçarenko bildirib ki, onu hakimiyyət oranlarına itaət göstərməməkdə ittiham ediblər: "Lakin mən heç bir itaətsizlik göstərməmişəm".
Deputat deyib ki, onu döyüblər: "Mən həkim çağırılmasını xahiş etdim, lakin bunu etmədilər. Bilmirəm onlar kim idi. 15 nəfər idilər. Onlardan biri "FSB"şnik idi, polislər vardı".
Nihad