ABŞ polisi küçənin ortasında evsiz şəxsi güllələyib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Los-Anceles şəhərində baş verib. Küçədə çadır quraraq, yaşayan şəxs polislə mübahisəyə başlayıb. Mübahisə əsnasında polislər onu yerə yıxıb və 5 dəfə atəş açıb. Polislər evsiz şəxsə kömək etməyə çalışan gənci də həbs ediblər. Yayılan məlumatlarda bildirilir ki, yaralanan və xəstəxanaya aparılan şəxsin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin dəqiq səbəbləri məlum deyil.
Baş verənlər yoldan keçənlər tərəfinən mobil telefon kamerası ilə lentə alınıb. Video Facebook sosial şəbəkəsində yayıldıqdan dərhal sonra sərt reaksiya ilə qarşılanıb.
Teleqraf.com həmin görüntüləri təqdim edir:
Samir