“Prezident Barak Obama Rusiyaya nifrət edir”.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Kanadanın “Global Research” qəzeti yayıb. Qəzet Obamanın Rusiyaya nifrətinin nəinki Ukraynaya qarşı münasibətində, həmçinin Suriya, İran və digər dövlətlərə yanaşmasında da hiss olunduğunu və Rusiya Federasiyasını zəiflətməyə çalışdığını bildirib:
“Barak Obama Yaxın Şərqdə İslam ekstremizminin məğlubiyyəti ilə Rusiyanın məğlubiyyəti arasında seçim eləsə, sonuncuya üstünlük verərdi. O, Rusiyaya qarşı müharibədə hər şeyini qurban verir. Bəşər Əsəd Rusiyanın müttəfiqidir.
Obamanın xarici siyasətinin əsas vəzifəsi isə Rusiyaya qalib gəlməkdir. Əsəd məğlub olacağı təqdirdə ABŞ üçün növbəti məsələ Türkiyə ola bilər. Çünki Türkiyə Moskva ilə Rusiya qazının Avropaya tədarükü ilə bağlı artıq razılıq əldə edib”.