16 Aprel 2014 20:55
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boliviya prezidenti Evo Morales Haaqada Beynəlxalq məhkəmədə şəxsən çıxış edərək, Çiliyə qarşı iddia irəli sürüb. İddiada tələb olunur ki, Çili Boliviyaya Sakit Okeana olan çıxışını geri qaytarsın.

“Bu gün biz məhkəməyə tarixi və hüquqi sənədlərə əsaslanan bir iddia irəli sürürük. Boliviyanın sərbəst şəkildə Sakit Okenana çıxışı olmalıdır. Bu barədə tələb sənədi 2013-cü ilin aprel ayında Çiliyə təqdim olunub”, - deyə, prezident çıxışında bildirib.

Teleqraf.com-un xəbərinə görə, məhkəmə zamanı bəlli olub ki, iddia 19-cu əsrdə baş verən münaqişə zamanı Boliviyanın okeana çıxışının bağlanması ilə əlaqədardır. İndi isə Boliviya beynəlxalq təşkilatların vasitəçiliyi ilə okeana çıxışı bərpa etmək istəyir.

Evo Moralesin məhkəməyə təqdim etdiyi arqumentlər gizli saxlanılsa da, müşahidəçilər qeyd edir ki, sənəd La – Pasın rəsmi mövqeyini əks etdirir. Hazırda Çili tərəfinin cavabı gözlənilir. Cavabın rəsmi şəkildə 2015-ci ilin fevral ayında veriləcəyi gözlənilir.

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər