Yaxın zamanlarda Gürcüstan parlamenti 2012-ci ildə köçdüyü Kutaisidən Tiflisə qayıda bilər. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, belə bir ideya ilə parlament çoxluğunun nümayəndəsi David Saqanelidze çıxış edib. Deputat bunu dövlət büdcəsinə qənaətin zəruriliyi ilə izah edib.
“Xərclərin harada azaldılması məsələsinə gəlincə, Gürcüstanda parlament iki şəhərdə yerləşir. Mən müxalifəti çoxluğun qanunverici orqanın Tiflisə qaytarılması təklifini dəstəkləməyə çağırıram”, - deyə o təklifə aydınlıq gətirib.
Gürcüstan Konstitusiyasına görə, parlament öz yerini müstəsna olaraq fövqəladə və hərbi vəziyyətlərdə dəyişə bilər.