ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki Rusiyanın Krım haqda çəkdiyi filmi tənqid edib.
Teleqraf.com xəbər verir ki, rusların Krım və Ukrayna hadisələri haqda çəkdiyi “Krım. Vətənə doğru yol” filmini saxtakarlıqda ittiham edən Psaki etiraf edib ki, o, sənədli filmə baxmayıb. Amma fraqmentlərlə tanışdır.
ABŞ rəsmisi bildirib ki, Rusiya Krımı ilhaq etdiyini etiraf etmək yerinə çəkdiyi filmlərlə işğalı əsaslandırır.
Qeyd edək ki, filmdə Krımın Rusiyaya ilhaq edilməsi əsaslandırılır və Putin bu barədə geniş açıqlama verir. O, etiraf edir ki, Krımın alınması əslində Yanukoviçin hakimiyyətdən qovulmasına cavab olaraq edilib.
Ayxan