Ağır maliyyə vəziyyətində olan Yunanıstan hökuməti İkinci Dünya Müharibəsi ilə əlaqədar Almaniyadan milyardlarla avro məbləğində təzminat tələb edir.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, yunan hökuməti ölkədə Almaniyaya məxsus mülkiyyəti müsadirə etməklə hədələyib.
Ədliyyə naziri Nikos Paraskevopulos müharibə zamanı öldürülən 218 nəfərin qohumlarına kompensasiya ödənilməsini tələb edən Ali Məhkəmənin 2000-ci il tarixli qərarını imzalamağa hazır olduğunu bəyan edib.
Kansler Angela Merkelin nümayəndəsi Steffen Seibert çərşənbə günü bəyan edib ki, Almaniya təzminat məsələsinin hüquqi və siyasi baxımdan həll olunduğuna qəti əmindir: “Biz diqqətimizi cari problemlər üzərində cəmləşdirməliyik”.
Qeyd edək ki, Ali Məhkəmənin qərarına əsasən, Almaniya öldürülən şəxslərin qohumlarına 28 milyon avro ödəməlidir.
Samir