İsveçrənin Lozan şəhərində rəsmi səfərdə olan Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri diplomatik fəaliyyətinə bir balaca fasilə vermək qərarına gəlib.
Kerri özünün bir neçə nümayəndə heyəti üzvləri ilə birgə şəhərdə velosiped yürüşünə çıxıb.
Kerri veloyürüş zamanı 30 kilometrdən çox məsafə qət edib.
Eyni zamanda, Kerrinin cangüdənləri də avtomobil ilə onu təqib ediblər./anspress/