Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, 30 dəqiqəlik söhbət zamanı ikitərəfli əlaqələrlı yanaşı, Ukrayna məsələsi, 1915-ci il hadisələri də müzakirə edilib. Ukrayna böhranının, Krım Tatarları ilə bağlı problemlərin tezliklə həlli yolları haqqında fikir mübadiləsi aparılıb.
Bu konteksdə Prezident Ərdoğanın martın 20-də Ukraynaya edəcəyi səfərə və 1915 hadisələrinə da toxunulub. Ərdoğan ermənilərin soyqırım iddiaları ilə bağlı Türkiyənin mövqeyini bir daha dilə gətirib. Bu işlə siyasətçilərin deyil, tarixçilərin məşğul olmalı olduğunu vurğulayıb.